"Real"ın müdafiəçisi qayıdır

23:45 12 Fevral 2015

Madridin "Real" klubunun aparıcı futbolçularından sayılan Pepe zədəsini tam olaraq sağaldıb.

Sportarena.az xəbər verir ki, bu xəbər ispan mətbuatında yer alıb. Müdafiəçi bu gün yüngül məşqlər edib. Portuqaliyalı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Şalke" ilə qarşılaşmada iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, "Şalke" - "Real" oyunu fevralın 18-i keçiriləcək.
 

 


Digər xəbərlər

Xəbər xətti