21-ci turda 4 oyuna cəmi 5000 azarkeş

00:20 13 Fevral 2015

Premyer Liqada 21-ci tur artıq geridə qaldı.

Sportarena.az xəbər verir ki, geridə qalan turda 4 oyunu yalnız 5000 azarkeş tribunadan izləyib. Belə ki, "böyük oyun" və "Simurq" - "Qəbələ" matçının hərəsində 2000 azarkeş, digər iki matç- AZAL - "Qarabağ" və "Bakı" - "Sumqayıt" matçının hərəsində tribunada cəmi 500 azarkeş olub. Bu stastika çempionatamıza marağı açıq şəkildə ifadə edir.

 


Xəbər xətti