"Xəzər Lənkəran"ın "Qəbələ" ilə 29-cu dueli

10:45 13 Fevral 2015

“Xəzər Lənkəran” Premyer Liqanın XXII turunda istirahət etdikdən sonra XXIII tur çərçivəsində, fevral ayının 19-da səfərdə “Qəbələ” ilə görüşəcək.

 

Sportarena.az xəbər verir ki, bu qarşılaşma cütlüyün tarixində 29-cu olacaq. Komanda indiyə qədər “Qəbələ” ilə 24 çempionat və 4 kubok qarşılaşmasında üz-üzə gəlib ki, bunlardan 14-ündə qələbə qazandığı halda, 8 görüşü heç-heçə bitirib. İndiyə qədər 6 oyunda Cənub klubu “qırmızı-qaralar”a məğlub olub.

 

“Xəzər Lənkəran”ın “Qəbələ” ilə keçirdiyi matçlarda məhsuldarlığı ilə seçilərək qapılara vurulan topların sayında rəqibdən xeyli üstünlüyünü də qeyd etmək olar. Top fərqi: Ümumi: “Xəzər Lənkəran” - “Qəbələ” - 40:26, Çempionat: 35:20. Kubok: 5:6.

 

Qeyd edək ki, “Xəzər Lənkəran”  ilk və hələ ki yeganə çempionluq sevincini (o vaxtlar “Gilan” adlanan)  “Qəbələ”  üzərində 2006/07 mövsümündə səfərdə qazandığı 3:0 hesablı qələbə sayəsində yaşamışdı.

 

Mənbə: 12cioyuncu.info

 


Xəbər xətti