Azarkeşləri "Real Madrid"dən narazıdır: Ançelottidən tələb etdilər

11:59 13 Fevral 2015

İspaniyanın "AS" qəzeti azarkeşlərin Madrid "Real"ının taktiki sistemi ilə bağlı mövqeyini öyrənmək üçün sorğu keçirib.

Sportarena.az AS-a istinadən xəbər verir ki, sorğu nəticəsində məlum olub ki, azarkeşlər 4-3-3 sisteminin komandaya uyğun gəlmədiyini düşünürlər.

Futbolsevərlər daha çox 4-4-2 taktiki sxeminə üstünlük verirlər. Onlar komandanın baş məşqçisi Karlo Ançelottidən "Kral" klubunu meydana bu sxemlə çıxarmağı tələb edirlər.

4-4-2 sxeminin lehinə respondentlərin 90,7 faizi səs verib.

 


Digər xəbərlər

Xəbər xətti