Rumıniya Bakıya Avropa oyunlarına rekord sayda idmançı gətirəcək

12:19 13 Fevral 2015

“Biz istəyirik ki, komandamız Bakıda medallar qazansın”.

Rumıniya Bakıya Avropa oyunları 2015-ə 300 nəfərlik heyətlə gəlmək istəyir.

Sportarena.az xəbər verir ki, onlardan təxminən 200 nəfəri idmançı, 100 nəfəri isə məşqçi qərargahın nümayəndələri, rəsmi şəxslər və s.-dir.

“Rumıniya təşkilatçılarının səyləri nəticəsində Avropa oyunlarına kompleks yarışlarda iştirak tarixində ən böyük heyət gəlir. Biz istəyirik ki, komandamız rəqabətqabiliyyətli olsun və Bakıda medallar qazansın”-, Rumıniyanın Milli Olimpiya Komitəsinin prezidenti Alin Petraçe deyib.

 


Digər xəbərlər

Xəbər xətti