Millimiz üçün 33-cü sınaq

12:31 13 Fevral 2015

Fevralın 24-də Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək “Şaxtyor” (Ukrayna) yığmamızla qarşılaşan ilk klub olmayacaq.

 

Sportarena.az xəbər verir ki, 1992-ci ildə yaradılan komandamız indiyədək 33 belə qarşılaşma keçirib.

 

Bunların birində klub yığması ilə görüşən millimiz 32 dəfə xarici komandanı sınağa çəkib. İlk belə oyununu 23 il əvvəl keçirən yığmamız Ukrayna təmsilçiləri ilə də münasibətlərini aydınlaşdırıb.

 

“Niva”, “Dnepr-2”, “Volın”, “Stal” klubları ilə də qarşılaşana futbolçularımız cəmi 4 il əvvəl Xarkov “Metallist”i ilə də görüşmüşdü. Dubaydakı görüşdə Berti Foqtsun yetirmələri 0:1 hesablı məğlubiyyətə üzülmüşdü. Ümumiyyətlə, bu ölkədən olan klublarla 5 matçda yığmamız 3 qələbə qazanıb, 2 dəfə uduzub.

 

Qeyd edək ki, 33 belə oyunda 17 qələbə qazanan millimiz 6 heç-heçə edib və 10 dəfə yenilib.

 

Millimiz klublar və klub yığmasına qarşı

18.11.1992. Təbriz. “Təbriz” (İran) - Azərbaycan - 0:0
20.11.1992. Təbriz. “Traktorsazi” (İran) - Azərbaycan - 1:1
23.08.1994. Sankt-Qallen. “Sankt-Qallen” (İsveçrə) - Azərbaycan - 1:0
24.08.1994. Vintertur. “Vintertur” (İsveçrə) - Azərbaycan - 0:12
16.03.1995. Larnaka (Kipr). Azərbaycan – “Kolos” (Rusiya) - 2:1
18.03.1995. Larnaka. Azərbaycan – “Skonto” (Latviya) - 1:0
21.03.1995. Larnaka. Azərbaycan - AEL (Kipr) - 2:0
04.03.1997. Larnaka. Azərbaycan – “Norçepinq” (İsveç) - 1:1 (penalti - 4:3)
06.03.1997. Larnaka. Azərbaycan – “Molde” (Norveç) - 0:0 (penalti - 7:6)
08.03.1997. Larnaka. Azərbaycan – “Kunqsvinger” (Norveç) - 0:3
08.03.1999. Larnaka. Azərbaycan – “Hammarbü” (İsveç) - 0:1
10.03.1999. Larnaka. Azərbaycan – “Metallurq” (Rusiya) - 1:3
13.03.1999. Larnaka. Azərbaycan – “Krılya Sovetov” (Rusiya) - 0:3
15.01.2000. Sandansk (Bolqarıstan). Azərbaycan – “Tom” (Rusiya) - 2:1
20.03.2000. Sandansk. Azərbaycan – “Vihren” (Bolqarıstan) - 3:0
22.01.2000. Sandansk. Azərbaycan – “Belasitsa” (Bolqarıstan) - 2:0
16.07.2000. Varna (Bolqarıstan). “Dorostal” (Bolqarıstan) - Azərbaycan 0:1
19.07.2000. Varna. ”Çernomorets” (Bolqarıstan) - Azərbaycan - 0:3
23.07.2000. Varna. Şərqi Bolqarıstanın klub yığması - Azərbaycan - 0:6
17.02.2001. Albena (Bolqarıstan). “Dobruca” (Bolqarıstan) - Azərbaycan - 1:2
18.02.2001. Albena. “Midia” (Rumıniya) - Azərbaycan - 4:2
20.02.2001. Albena. “Niva” (Ukrayna) - Azərbaycan - 1:3
22.02.2001. Albena. “Dnepr-2” (Ukrayna) – Azərbaycan – 0:2
24.02.2001. Albena. “Farul” (Rumıniya) - Azərbaycan - 0:1
09.02.2002. Albena. “Dobruca” (Bolqarıstan) - Azərbaycan 0:0
12.02.2002. Albena. “Bad-Blayberq” (Avstriya) - Azərbaycan - 1:1
14.02.2002. Albena. “Lada” (Rusiya) - Azərbaycan - 0:2
16.02.2002. Albena. Azərbaycan - Volın (Ukrayna) - 3:1
17.02.2002. Albena. Azərbaycan – “Stal” (Ukrayna) - 1:3
29.06.2002. Kuressaare (Estoniya). Azərbaycan - Kuressaare (Estoniya) - 3:0
07.02.2009. Dubay. Azərbaycan – “Slaviya” (Çexiya) – 0:2
02.02.2011. Dubay. Azərbaycan – Metallist (Ukrayna) – 0:1

15.11.2011. Berlin. Union (Almaniya) – Azərbaycan – 1:0

 


Digər xəbərlər

Xəbər xətti