Subotiç "Qarabağ"a keçidindən danışdı: "Qarabağ"ın səviyyəsinə bələdəm"

14:21 13 Fevral 2015

"Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç "Qarabağ"a keçəcəyi barədə xəbərlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Küveytin "Əl-Kadisiya" klubunun şərəfini qoruyan hücumçu Ağdam təmsilçisindən təklif almadığını bildirib.

 

Buna baxmayaraq, Subotiç yenidən ölkəmizdə çıxış etməyə hazır olduğunu dilə gətirib: "Açığı, "Qarabağ"dan heç bir təklif almamışam. Heç bu barədə eşitməmişəm də. Əgər ciddi təklif gəlsə, fikirləşməyə dəyər. Azərbaycanda çıxış etmişəm və "Qarabağ"ın səviyyəsinə bələdəm".


Digər xəbərlər

Xəbər xətti