SON DƏQİQƏ: “Fənərbaxça”nın hücumçusu Azərbaycan klubunda?

14:59 13 Fevral 2015

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Pyer Vebo Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, bunu qardaş ölkənin "Hürriyət" qəzeti iddia edib. 
 

Belə ki, İstanbul klubu mövsüm sonu müqaviləsi başa çatacaq hücumçu ilə yenidən anlaşmayacaq. Buna görə də yeni klub axtarışında olan kamerunluya sabiq klubu “Malyorka”dan və Ərəb ölkələrindən də təkliflər var. Mənbədə qeyd olunur ki, Veboya Azərbaycandan da təklif göndərilib. Lakin onlar bu futbolçunu hansı klubumuzun istədiyini yazmayıblar.

Qeyd edək ki, 33 yaşlı forvard 2013-cü ildən “Fənərbaxça”da çıxış edir.

 


Digər xəbərlər

Xəbər xətti