Luis Suaresin “xəstəliyi” Meloya da keçdi - Sneyderi dişlədi - FOTO

15:17 13 Fevral 2015

Türkiyə kubokunda yoluna davam edən “Qalatasaray” 1/8 finalda “Konyaspor” üzərində böyükhesablı qələbə (4:1) qazandı.

 

Sportarena.az xəbər verir ki, meydan sahibləri hər dəfə qol sevincini böyük coşquyla qeyd edərkən bir məqam fotokameraların diqqətindən qaçmayıb. Sneyderin fantastik ikinci qolundan sonra Felipe Melo özünü saxlaya bilməyib. “Pitbul” hollandiyalı oyundaşının qulağını dişləyib.

 

Oyundan əvvəl isinmə hərəkətləri zamanı da bu iki futbolçunun bir-biriylə zarafat etməsi diqqət çəkmişdi.

 


Digər xəbərlər

Xəbər xətti