Almaniya milli komandası I Avropa Oyunlarına titullu idmançılarla gələcək

16:42 13 Fevral 2015

Almaniyanın kayak və kanoe üzrə milli komandası "Bakı-2015" I Avropa Oyunlarında titullu idmançılarla təmsil olunacaq. 

Sportarena.az xəbər verir ki, 6 olimpiya və dünya çempionu bu il keçiriləcək mötəbər yarışlara hazırlıq məqsədilə ABŞ-ın Florida ştatındakı Melburn şəhərinə yollanıb.

3 həftəlik təlim-məşq toplanışına kayak üzrə olimpiya və 13 qat dünya çempionu Ronald Raue, olimpiya və 7 qat dünya çempionu Konni Vassmut, olimpiya və 3 qat dünya çempionu Frantsiska Veber, eləcə də kanoe üzrə olimpiya və 3 qat dünya çempionu Sebastian Brendel, olimpiya çempionu Kurt Kuşela, dünya çempionu Ronald Verx cəlb olunub. Onlardan bəziləri Avropa oyunlarına qatılacaqlar.

Qeyd edək ki, I Avropa Oyunlarında kayak və kanoe yarışları Mingəçevirdəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində təşkil olunacaq. Avarçəkənlər 14-16 iyunda 15 dəst medal uğrunda mübarizə aparacaqlar. 

 


Xəbər xətti