AZAL-ın futbolçusu əməliyyat olundu - FOTO

19:13 13 Fevral 2015

AZAL-ın yarımmüdafiəçisi Eduardo Konseysao Masiel, yaxud sadəcə, Edu Türkiyədə əməliyyat olunub.

 

Sportarena.az xəbər verir ki, braziliyalı legioner Ankarada "İbn Sina" xəstəxanasında həkim Mehmet Binnət tərəfindən əməliyyat olunub.

 

Sağ dizinin ön çarpaz bağları qopmuş Edunun iki saat çəkən əməliyyatı uğurlu bitib və futbolçu fevralın 17-də Azərbaycana dönəcək.

 

Növbəti iki ay ərzində əsa ilə hərəkət edəcək və özəl xəstəxanaların birində müalicəsini davam etdirəcək yarımmüdafiəçi yalnız 4 ay yarımdan sonra komandayla birgə məşqlərə qatıla biləcək.


Xəbər xətti