"Neftçi"nin əməkdaşlarının faciəvi ölümündən 5 il ötdü

19:23 13 Fevral 2015

Bu gün “Neftçi" PFK-nın iki əməkdaşı Vahid Həmidov və Alim Məmmədovun vəfatından 5 il ötür.

 

Sportarena.az xəbər verir ki, bu hadisəylə əlaqədar "ağ-qaralar"ın rəsmi səhifəsində yazı dərc olunub.

 

Həmin yazını diqqətinizə çatdırırıq.

 

“Neftçi”də qısa müddət işləməsinə baxmayaraq kollektivin sevgisini qazanmış Alim Məmmədov az müddətdə yaddaşlara həkk olundu. Bacarıqlı əmakdaş olmaqla yanaşı Alimin qəlbində doğma “Neftçi”yə ölməz sevgi vardı. Jurnalist kimi həmkarlarının dərin hörmətini qazanmış Alim həm də sadiq dost, etibarlı sirdaş idi. Onun vəfatı həm "Neftçi" ailəsi, həm də Azərbaycan idman jurnalistikası üçün ağır itki oldu.


 

Həmin qəzada dünyasını dəyişmiş kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov ömrünün son 6 ilini "Neftçi"də çalışdı. İşinin peşəkarı olan Vahid kollektivin dərin hörmətini qazanmışdı. Bu gün onlar cismən bizimlə deyil, amma Vahid və Alimin əziz xatirəsi "Neftçi" ailəsi tərəfindən unudulmayacaq. Mərhum əməkdaşlarımızın ailəsinə Allahdan səbr diləyirik. Allah rəhmət eləsin!"

 


Digər xəbərlər

Xəbər xətti