Ramin Musayev: "Tapşırıqla olsaydı, elə öz oğlumu oynadardım da"

19:33 13 Fevral 2015

"Klublar Komitəsinin bugünkü iclasında futbolumuzun inkişafı naminə təkliflər irəli sürdük. Amma bu, tövsiyyə xarakterli idi. Qurum İcraiyyə Komitəsinə müraciət edəcək və bütün məsələlərə orada baxılacaq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Musayev Premyer Liqanın 21-ci turunda keçirilən "Bakı" - "Sumqayıt" matçında (0:0) qonaq komandanın heyətində Təvəkkül Məmmədovun əvəzinə göstərişlə Orxan Əliyevin meydana buraxılması haqda xəbərlərə də münasibət bildirib: "Hazır olmayan futbolçunu heç bir baş məşqçi meydana buraxmaz. 11 ildir futboldayam və AFFA-nın hansısa klub rəhbərliyinə göstəriş verməsinin şahidi olmamışam. Tapşırıqla olsaydı, elə öz oğlumu oynadardım da. Aqil Məmmədov "Neftçi"də mənim futbolçum olub. O, "Sumqayıt"da məşqçi kimi özünü sübut edib. Əgər Aqil tapşırıqla iş görsəydi, ərizə yazıb, gedərdi". 

 


Xəbər xətti