Derrik Rous komandasını qələbəyə daşıdı

22:07 13 Fevral 2015

“Chicago Bulls” qonaq ettiyi “Cleveland Cavaliers”i Derrik Rousun 30 xallıq atışının yardımı ilə 113:98 məğlub edib.

Sportarena.az xəbər verir ki, NBA-ya tək oyunla davam edilib. Şərq Konfenansı təmsilçilərinin qarşılaşmasında “Chicago Bulls”, son həftələrdə qazandığı qələbələrlə diqqəti çəkən “Cleveland Cavaliers”i “United Center” meydanında qəbul edib.

Qarşılaşmanı əvvəldən sona qədər üstün keçirən “Chicago Bulls”, Derrik Rousun gözəl oyunu sayəsində rəqibini 113:98 hesabıyla məğlub edib.


Xəbər xətti