Komandamız startı Xorvatiyadan götürəcək

01:04 14 Fevral 2015

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” cari mövsümə Xorvatiyada start verəcək. Velosipedçilərimiz fevralın 15-də Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Laguna Porec” Qran-pri yarışında mübarizə aparacaqlar. 
 

Sportarena.az xəbər verir ki, ilin ilk yarışında “Synergy Baku”nun şərəfini Azərbaycanın “Elit” və U-23 komandalarının üzvləri Elçin Əsədov, Maksim Averin, Ənvər Asanov, İsmayıl İlyasov və Samir Cəbrayılov qoruyacaqlar. Bundan başqa, Markus Eybeger, Aleksandr Surutkoviç və komandanın yeni üzvü, Sloveniya çempionu Matey Müqerli də bu yarışda mübarizə aparacaqlar.

 

Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər iştirak etdikləri beynəlxalq yarışlarda uğurla mübarizə aparmaqla Olimpiadaya lisenziya xalları toplayacaqlar. Buna görə də komandamızın üzvlərinin qarşısında duran əsas məqsəd bu yarışlarda lazımi nəticə əldə etməklə “Rio-2016” Yay Olimpiya Oyunlarında iştiraka nail olmaqdır.


Xəbər xətti