Mahir Şükürov komandasına xal qazandırdı - VİDEO

11:15 14 Fevral 2015

Millimizin üzvü Mahir Şükürovun formasını geyindiyi Türkiyənin PTT I Liqa klubu “Karşıyaka” XX tur çərçivəsində doğma meydanda “Osmanlıspor”la üz-üzə gəlib.

 

Sportarena.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmada ev sahiblərinin qoluna məhz Şükürov imza atıb.

 

Künc zərbəsinin davamında Mahirin rəqibin cərimə meydançasına ötürdüyü top heç kimə toxunmayaraq, qapıdan keçib. Bu qolun da yer aldığı videonu sizə təqdim edirik.

 


Digər xəbərlər

Xəbər xətti