Nazim Süleymanovun sabiq klubu müflis olub

11:45 14 Fevral 2015

Rusiyanın "Alaniya" futbol klubu müflis olub.

Sportarena.az xəbər verir ki, klub bu barədə məhkəməyə ərizə verib. 

Ərizədə borclu təşkilatda ümumilikdə 178,9 milyon rubl (2,136 milyon manat) məbləğində əmlakın qaldığı bildirilir. "Alaniya" 2014-cü ilin fevralında Rusiyanın səviyyəcə ikinci divizionu sayılan Milli Futbol Liqasından çıxdığı haqda liqa rəhərliyini məlumatlandırıb. Səbəb kimi maliyyələşmə mənbəyinin olmaması göstərilib. Bundan sonra Vladiqafqaz təmsilçisinin Müşahidə Şurası klubun ləğvinə qərar verib. Komandanın bir çox futbolçusu II Divizionun Cənub zonasında çıxış edən "Alaniya-D"yə keçib. 2014-cü ilin iyununda isə bu komandanın adı dəyişdirilərək, "Alaniya" qoyulub.

Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq futbolçusu Nazim Süleymanov karyerasının ən yaxşı illərini bu klubda keçirib. Məhz onun çıxış etdiyi vaxt "Alaniya" 1995-ci ildə Rusiya çempionu, 1992 və 1996-cı illərdə vitse-çempion olub. 


Xəbər xətti