"Lokomotiv" serb hücumçu ilə anlaşdı

12:24 14 Fevral 2015

Moskvanın "Lokomotiv" klubu heyətini serb futbolçu ilə gücləndirib.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı Petar Şkuletiç "Partizan"dan "dəmiryolçular"ın heyətinə qoşulub. Müqavilə 4 il müddətinə nəzərdə tutulub. Qeyd edək ki, Şkuletiç bu mövsüm Belqrad klubunun heyətində 27 oyuna 21 qol vurub.


Digər xəbərlər

Xəbər xətti