İŞİD türkmən futbolçuları öldürdü

12:56 14 Fevral 2015

İŞİD terror təşkilatı iki türkmən futbolçunu öldürüb.

 

Sportarena.az xəbər verir ki, İraqda aşağı liqada mübarizə aparan türkmən komandası "Musallaspor"un futbolçularından Səddam Abdulhalik və Rıdvan Rəsulun terrorçuların hücumu zamanı həlak olub. 

 

Futbolçuların öldürülməsindən sonra klubun Türkiyədəki təlim-məşq toplantısı ləğv olunub. Ölüm xəbəri klubda böyük hüznlə qarşılanıb. 

 

Türkiyənin alt liqa klublarının dəvəti ilə Antalyaya gələn türkmən klubu bütün proqramını dəyişib və ölkəyə geri qayıdıb. 

 

"Musallaspor"un 10 gün Antaliyada qalacağı və türk klubları ilə iki hazırlıq oyunu keçirəcəyi planlaşdırılırdı.

 


Digər xəbərlər

Xəbər xətti