Premyer Liqa klubları qadın komandaları yaradacaq

13:14 14 Fevral 2015

Premyer Liqada çıхış edən klubların qadın komandaları yaradılacaq.

 

Sportarena.az хəbər verir ki, bu barədə Klublar Komitəsinin sədri Tuyqun Nadirov açıqlama verib.

 

Komitə sədri bildirib ki, qadın komandaları U-19 liqasında çıхış edəcək: "Komanda Premyer Liqada çıxış edib, sonra UEFA yarışlarına qatılır. Bunun üçün də UEFA lisenziyası tələb olunur ki, həmin şərtlərə riayət etmək lazımdı. Bunlardan biri də klublarda qadın komandalarının fəaliyyət göstərməsidi. Bu, növbəti mövsümdən bütün klubların qarşısında mütləq tələb kimi qoyulacaq. Yəni, buna əməl etməyən kluba lisenziya verilməyəcək. Bu məsələdə də klublar həmfikir oldular və növbəti mövsümdən qadın komandaları U-19 liqasında çıxış edəcək".

 


Digər xəbərlər

Xəbər xətti