Tuyqun Nadirov: "Yerli futbolçuların xarici klublara getməsinə şərait yaradacayıq"

13:27 14 Fevral 2015

“Biz klubların işlərinə birbaşa qarışa bilməsək də, yerli futbolçuların xarici klublara getməsinə şərait yaradacayıq”.

Bu sözləri Sportarena.az saytına açıqlamasında Klublar Komitəsinin sədri Tuyqun Nadirov bildirib. Nadirov, futbolçulara maaş limiti qoyulması ilə yanaşı, onların xaricdə çıxış etməsinə də şərait yaradılacağını vurğulayıb:

“ Futbolçularımız Azərbaycan klublarında çox məvacib aldığından xarici klublara getməkdən boyun qaçırır, peşəkarlıq səviyyəsi inkişaf etmir. Futbolçularımızın burada məvacibi artıq olmasa, xarici klublarda oynamağa meyl göstərəcək. Biz klubların işlərinə birbaşa qarışa bilməsək də, yerli futbolçuların xarici klublara getməsinə şərait yaradacayıq”. – deyə komitə sədri bildirib.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti