"Qarabağ" Azərbaycanın ən böyük stadionuna sahib çıxdı

13:39 14 Fevral 2015

Tofiq Bəhramov adına Respublika stadionu qarşıdakı 3 ildə tamamilə "Qarabağ"ın sərəncamına verilib. Əslində Ağdam klubu bu arena ilə 5 illik icarə müqaviləsi bağlamışdı. Yəni, komanda 5 il ərzində ev oyunlarını bu stadionda keçirməli, uşaq komandalarının bir çoxu isə məşqlərini buranın ehtiyat meydançasında keçməli idi. 

 

Sportarena.az xəbər verir ki, bu müqavilənin 2 ili artıq geridə qalıb. Bu müddətdə Ağdam klubu yalnız oyuna görə icarə haqqı ödəyirdi. Qarşıdakı 3 ildə isə vəziyyət başqa cür olacaq. Yəni, 2018-ci ilə kimi Respublika stadionunun bütün işçilərinin əmək haqqını məhz "Qarabağ" verəcək. Bu isə imkan verəcək ki, ağdamlılar stadionun bütün xidmətlərindən istifadə etsin. 

 

Bundan başqa, bundan sonra Respublika stadionunun xidmətindən istifadə etmək istəyən klublar daha stadion rəhbərliyi ilə yox, məhz "Qarabağ" rəhbərliyi ilə danışıqlar aparmalı olacaq.

 


Digər xəbərlər

Xəbər xətti