"Simurq" rəsmisi: “Anar Salmanov işini bilən insan olsaydı, indi çempionatda oyun idarə edərdi”

15:16 14 Fevral 2015

“Anar Salamanov işini bilən insan olsaydı, indi çempionatda oyun idarə edərdi”.

 

Bu sözləri Sportarena.az saytına “Simurq” klubunun mətbuat katibi Rüstəm Allahverdiyev deyib. Allahverdiyev açıqlamasında FİFA referisi Anar Salmanovun bu gün Azərbaycan Premyer Liqasında oyun idarə edə bilməməsinin səbəbini ötən mövsüm keçirilmiş “Simurq” – “Bakı” oyunundakı səhvləri ilə bağlayıb:

 

“Anar Salmanov ötən mövsüm çox səhvlər etdi. “Simurq” – “Bakı” oyunundakı səhvinə görədir ki, Premyer Liqada oyun idarə edə bilmir. Həmçinin, ötən il bir-çox klubların oyununda ciddi səhvlər etdi və bütün bunlar klubların haqlı narazılığına səbəb oldu. Anar Salmanov işini bilən insan olsaydı, indi çempionatda oyun idarə edərdi”. – deyə Allahverdiyev bildirib.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti