"Kəpəz" "Xəzər-Lənkəran"dan futbolçu transfer etdi

15:36 14 Fevral 2015

I Divizion təmsilçisi "Kəpəz" daha bir futbolçu ilə rəsmi müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, Gəncə klubu bir müddətdir ki, düşərgədə olan Sabit Cunayevlə münasibətlərini rəsmləşdirib.

 

19 yaşlı Cunayev "Xəzər Lənkəran" "Kəpəz"ə gəlib. O, burada icarə əsasında forma geyinəcək. Ampluası hücumçu olan Sabitin ən diqqət çəkən xüsusiyyəti boyunun uca olmasıdır. Belə ki, onun  boyu 192 sm-dir. 

 

Sonda onu da qeyd edək ki, Sabit "Kəpəz"də 17 nömrəli formanı geyinəcək.

 


Xəbər xətti