Klub prezidenti azarkeşlərlə dalaşdı - FOTOLAR

16:09 14 Fevral 2015

"Fənərbaxça" klubu Qaziantepə səfəri zamanı azerkeşlərin qəzəbinə tuş gəlib.

Sportarena.az avrofutbol.com saytına istinand verdiyi məlumatına görə, azarkeşlər tərəfindən klub avtobusunun yolu kəsilib. İstanbul təmsilçisinin prezidenti Aziz Yıldırım yolu bağladıqlarına görə, etirazçılarla reaksiya göstərib. 

Prezident polislərlə də bir müddət mübahisə edib və təhlükəsizliklərinin təmin edilmədiyindən gileylənib. 

Daha sonra tərəfdarların üzərinə gedən Yıldırıma polislər mane olublar. Azarkeşlərə tərbiyəsizlər deyən A.Yıldırıma etirazçılardan da cavab gecikməyib. Azarkeşlər "Aziz Yıldırım istefa", "Fənərbaxça atanın klubu deyil" şüarları səsləndiriblər.

Qeyd edək ki, "Fənərbaxça" bu gün Qaziantep şəhərinin eyni adlı klubu ilə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti