ÖZƏL: "Bakı" klubu futbolçuların maaşlarını gələn həftə verəcək

16:38 14 Fevral 2015

“Bakı” klubunda maliyyə problemləri qalmaqda davam edir.

Sportarena.az etibarlı mənbədən əldə etdiyi məlumata əsasən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov klub nümayəndələri ilə görüşündən sonra futbolçuların maaşlarının veriləcəyinə söz versə də, hələ ki, futbolçular öz əməkhaqqılarına qovuşa bilməyiblər.

Futbolçlara əmək haqlarının gələn həftə veriləcəyi bildirilib.


Xəbər xətti