Dünya çempionu oğurluq etdi

16:57 14 Fevral 2015

Kikboksinq üzrə dördqat dünya çempionu İrakli Qvindjiliya oğurluq edərkən yaxalanıb.

 

Sportarena.az xəbər verir ki, dünya çempionunu Moskvada "Şokoladnitsa" kafesində müştəridən 70 min rubl oğurlayıb. 

 

Qvindjiliya müştərin cibindən oğurladığı pulları daha sonra öz ehtiyacları üçün xərcləyib. Hadisə 4 yanvar tarixində baş verib. Oğurluq edən adamın şəxsiyyətini müəyyən etmək elə də çox vaxt lazım olmayıb. 

 

Bir ticarət şirkətinin direktoru olan kafe müştərisi polisə müraciət edərək bildirib ki, onun pencəyinin cibindən 70 min rubl itib. İş adamının köməyi ilə hüquq-mühafizə orqanları oğrunun şəxsiyyətini təyin etməyi bacarıblar. Məlum olub ki, bu əməli dünya çempionu İrakli Qvindjiliya edib. İdmançı oğurluq əməlini tamamilə etiraf edib.

 

İş adamı idmançının tanındığını nəzərə alaraq ondan şikayət etməyib. İrakli Qvindjiliya bildibdi ki, həmin pulları şəxsi ehtiyacları üçün xərcləyıb. İdmançı həmin pulları geri qaytara bilməyəcəyini söyləyib. 

 

Qeyd edək ki, İrakli Qvindjiliya kikboksinq üzrə Gürcüstan yığmasında məşq edib. O, ölkənin nüfuzlu və titullu idmançılarından biridir. 2004-cü ildə "K-1" üzrə dünya çempionu olan İrakli Qvindjiliya bu müvəffəqiyyətini daha üç dəfə təkrarlayıb.

 


Digər xəbərlər

Xəbər xətti