"Turan Tovuz" gürcüləri məğlub etdi

18:48 14 Fevral 2015

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Turan Tovuz” son yoxlama matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, komanda Gürcüstanın "Qaqra” klubu ilə qarşılaşıb. Birinci divizion təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib. Komandanın heyətində Ramil Mansurov het-trik edib. 

 

Qeyd edək ki, "Turan Tovuz” bundan öncə "Şəmkir”i 2:0, "Göyəzən”i 1:0, Gürcüstanın digər təmsilçisi "Kolxi”ni isə 5:0 hesabı ilə məğlub edib.

 


Xəbər xətti