Berliskoni "Milan"ı taylandlılara satır?

19:18 14 Fevral 2015

Bu səhər Taylanddan olan investorlar qrupu "Milan" klubunu satın almaq üçün müraciət edib. Onlar bunun qarşılığında 1 milyard avro təklif edir.

Sportarena.az "Football İtalia"ya istinadən xəbər verir ki, artıq klub səhmlərinin 30%-ni 300 milyon avroya satmaq barədə razılıq əldə olunub. Bu müqavilə Tayland tərəfinə Çinin "Dalian Vanda" kompaniyası ilə rəqabət aparmağa imkan yaradacaq. Qeyd edək ki, Çin şirkəti "Atletiko Madrid"in 20 % səhmlərinə yiyələnib. Əgər anlaşma əldə olunsa, Berluskoni klubun fəxri prezidenti kimi saxlanacaq. İdarəçiliyi isə taylandlı investorlar həyata keçirəcək. Xatırladaq ki, 20 fevralda Berluskoninin "Milan"ı satın almasının 29 illiyi tamam olur.


Xəbər xətti