Zidan: "Qvardiola məni ruhlandırır"

19:36 14 Fevral 2015

Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidan "Bavariya"nın baş məşqçisi Pep Qvardiola haqda danışıb.

Sportarena.az xəbər verir ki, Zidan "Die Welt"ə açıqlamasında ispaniyalı mütəxəssisin onu ruhlandırdığını açıqlayıb:

"Bavariya" indi yüksək səviyyədədirsə, bu, Qvardiola sayəsində olub. O, böyük mütəxəssisdir. Qvardiolanın işini izləməkdən zövq alıram. O, məni ruhlandırır".

Qeyd edək ki, 2006-cı ildə futbolçu karyerasını başa vuran Zidan hazırda "Real"ın ikinci komandası "Kastilya"nı çalışdırır.

 


Xəbər xətti