Premyer Liqada yeni baş məşqçi

23:18 14 Fevral 2015

İngiltərənin "Aston Villa" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, komandanı bundan sonra Tim Şervud çalışdıracaq.

 

46 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. O, yeni vəzifəsində istefaya göndərilən Paul Lamberti əvəzləyib. Şervudun son klubu London təmsilçisi "Tottenhem" olub.

 

Qeyd edək ki, "Aston Villa" Premyer Liqada geridə qalan 25 turdan sonra 22 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

 


Xəbər xətti