“Lokomotiv” “Rabitə”yə uduzdu

23:31 14 Fevral 2015

“Azəryol” liderliyə yüksəldi.

Bu gün Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında iki matç keçirilib.

Sportarena.az xəbər verir ki, günün əsas matçında “Rabitə” “Lokomotiv”i 3:0 hesabı ilə udub (27:25, 25:16, 25:17). Bununla “Rabitə” “dəmiryolçular”ı liderlikdən məhrum etdi. 

Buna baxmayaraq, “Rabitə” birinci yerə çıxa bilməyib. Lider, “Telekom”u udmuş “Azəryol” oldu – 3:1 (25:23, 25:13, 22:25, 25:19).  

Turnir vəziyyəti:

1. “Azəryol”- 25 xal (10 matç)
2. “Rabitə”- 24 (10)
3. “Lokomotiv” - 23 (11)
4. “Telekom” - 3 (10)
5. “Azərreyl” - 3 (11) 

 


Xəbər xətti