“Vest Bromviç” və “Liverpul” 1/4 finala adladı

00:44 15 Fevral 2015

İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

Sportarena.az xəbər verir ki, ilk matç günündə 4 qarşılaşma baş tutub.

 

“Vest Bromviç” doğma azarkeşləri önündə “Vest Hem”i 4:0, “Bləkbörn” “Stok Siti”ni 4:1 hesabı ilə məğlub edərək, adını 1/4 finala yazdırıb.

 

“Ridinq” səfərdə “Derbi”yə və “Liverpul” “Kristal Pelas”a eyni hesabla qalib gəlib, növəti mərhələyə keçib -1:2.

 

 

İngiltərə Federasiya kuboku

1/8 final

14 fevral

“Vest Bromviç” – “Vest Hem” – 4:0

“Bləkbörn” – “Stok Siti” – 4:1

“Derbi” – “Ridinq” – 1:2

“Kristal Pelas” – “Liverpul” – 1:2


Xəbər xətti