Amit Quluzadə oynadı, komandası darmadağın olundu

11:24 15 Fevral 2015

Portuqaliya çempionatının II Liqasında (Segunda Liga) XXVII turun növbəti oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi "Atletiko" səfərdə “Gimaraynş B” ilə qarşılaşıb.

 

Qarşılaşmada meydan sahibləri 4:0 hesabı ilə qələbə qazanıb.

 

Bu görüşdə Quluzadə oyunun 79-cu dəqiqəsində meydana çıxıb.

 

Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 20-ci yerdə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti