"Monako" - "Monpelye" oyununun təxirə salınma səbəbi açıqlandı

12:00 15 Fevral 2015

Fransa Liqasının 25-ci turunda bu gün keçirilməli olan "Monako" - "Monpelye" matçı təxirə salınıb.

Sportarena.az xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.

Oyundan öncə güclü yağış yağması nəticəsində matçın keçiriləcəyi stadionun ot örtüyü yararsız hala düşüb. Bu səbəbdən oyun təxirə salınıb. Matçın hansı tarixdə keçiriləcəyi hələlik məlum deyil.  

 


Digər xəbərlər

Xəbər xətti