“Rəvan” Futbol Akademiyasının fəaliyyəti müzakirə olunub

13:04 15 Fevral 2015

Fevralın 13-də "Rəvan” PFK-nın rəhbərliyi ilə Futbol Akademiyasının işçi heyəti arasında görüş baş tutub. Klubun bazasında keçirilən toplantıda vitse-prezident İlqar Axundov, Akademiyanın rəhbəri Bəhmən Həsənov, məşqçi və inzibati heyət iştirak edib.

 

Sportarena.az klubn rəsmi saytına istinadən xəbər verir ki,  iclas zamanı "Rəvan” PFK-nın aşağı yaş qrupları üzrə komandalarının ölkə birinciliklərində çıxışı, futbolçuların gələcək perspektivləri, milli komandalara dəvət alan üzvlərin durumu, klubun bazasına yerləşdirilən oyunçuların yaşayış şəraiti, qidalanması, orta məktəbdə təhsilləri və s. məsələlər müzakirə olunub.

Toplantıda aşağı yaş qrupları üzrə hər bir komandanın məşqçilərinə, tibbi və inzibati işçilərə söz verilib. Çıxış edənlər gündəlik qarşılaşdıqları problemləri dilə gətiriblər ki, onların da ən qısa zamanda həllini tapacağı diqqətlərinə çatdırılıb.

İ.Axundov ümumilikdə Futbol Akademiyasının işindən razı qaldıqlarını bildirib və gələcək fəaliyyətlə bağlı müəyyən tapşırıqlar verib, tövsiyələrini çatdırıb. Klubun vitse-prezidenti "Rəvan” PFK-nın rəhbərliyinin uşaq futboluna böyük önəm verdiyini, gənc oyunçuların inkişafı üçün hər bir şəraitin yaradıldığını, iş prosesində üzə çıxan problemlərin isə həllini tapacağını söyləyib.

 


Digər xəbərlər

Xəbər xətti