İtaliya millisinin sabiq qapıçısı: "Cəsarətlə deyə bilərəm ki..." - MÜSAHİBƏ

13:52 15 Fevral 2015

"İnter" və İtaliya millisinin keçmiş qapıçısı Françesko Toldo futbol karyerasında yaşadığı məqamlardan danışıb.

 

Sportarena.az xəbər verir ki, eks qolkiper müasir futbol haqqında maraqlı fikirlər də səsləndirib.

 

- Françesko, siz karyeranız ərzində bir sıra mükafatlar qazanmısız. Qarşıya qoyulmuş məqsədlərə çatdığınızı demək olarmı?

- Bəli, cəsarətlə deyə bilərəm ki, arzuladığım mükafatlara sahib çıxmışam. Hər dəfə başımın üzərinə kubok qaldıranda məmnunluq hissi keçirirdim. Bu kubokun Çempionlar Liqasında və ya daha aşağı səviyyəli turnirdə qazanmağın isə heç fərqi yox idi.

 

- Sizə ən çox sevinc gətirən gün hansı olub?

- AVRO-2000 turnirinin yarımfinalı, Hollandiya ilə qarşılaşdığımız oyun.

 

- Futboldan getmək qərarını vermək istənilən futbolçu üçün çətindir?

- Mən sualın bu cür qoyuluşu ilə qətiyyən razı deyiləm. Mən "İnter"lə Çempionlar Liqasını qazandığım vaxt (2010) futboldan getmək barədə qərar qəbul etmişdim. Bu qərarı uzun müddətli düşüncələr və şübhələrdən sonra verdim. Sevinirəm ki, seçimimi həmin gün etmişdim.

 

- Vida matçı keçirməkdən imtina etmişdiniz. səbəbi nədir?

- Mənə elə gəlir ki, belə oyunlar daha çox kommrsiya xarakteri daşıyır. Futbolu rəsmən 2011-ci ildə tərk etim. "İnter - "Fiorentina" matçı başlanmazdan öncə stadiona toplaşan azarkeşlərlə təmas qurdum. Tribunlarda futbolda ilk addımlarımı atdığım USMA klubunun yetirmələri də vardı. Onları özün dəvət etmişdim.

 

- Son onilliyin futbolu ilə 90-cı illərin ortalarında olan futbolun fərqi nədədir?

- Əlbəttə, futbol ildən-ilə təkmilləşir. Bu gün futbolçunun müəyyən keyfiyyətlərinə daha çox diqqət yetirilir. Məsələn, fiziki hazırlıq. Düşünürəm ki, müsir futbolda fiziki hazırlığa çox önəm verilir. Oyunun hər komponenti dərin təhlil olunur. Televiziya futbola birbaşa təir göstərir. KİV-lər hər oyun epizodunu təfsilatı ilə nəzərdən keçirmək imkanı qazanır, oyunlarda tamaşaçı sayı azalır, "tiffozi" isə komandalarını əvvəlki vaxtlardakı coşqu ilə dəstəkləmir.

 


Digər xəbərlər

Xəbər xətti