Azərbaycan çempionatında oyundan öncə kütləvi dava olub

16:10 15 Fevral 2015

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçirilib. 
 

Sportarena.az xəbər verir ki, voleybol mərkəzində baş tutan “Lokomotiv” – “Rabitə” matçında azarkeşlər arasında dava düşüb. Qalmaqal oyunun əvvəlində start götürüb. Hər iki komandanın tərəfdarları arasında yaşanan insident ikinci hissədən sonra əlbəyaxa davaya çevrilib. Yalnız asayiş keşikçilərinin müdaxiləsindən sonra insident yatırılıb. Nominal ev sahibi olan “Lokomotiv” rəhbərliyi də azarkeşləri sakitləşdirməyə çalışıb. Amma yaşananlar “Lokomotiv” fanatlarının ürəyincə olmayıb. Nətiəcədə komandanın 200-ə yaxın azarkeşi ikinci set başa çatdıqdan sonra arenanı tərk edib.

 

Qeyd edək ki, oyun “Rabitə”nin 3:0-lıq qələbəsi ilə tamamlanıb.

 


Xəbər xətti