"Xəzər Adaları" Qazaxıstana getdi - FOTO

16:23 15 Fevral 2015

Qazaxıstanın “Kayrat” klubundan Azərbaycanın “Xəzər adaları” futzal komandasına yoxlama oyunu keçirmək məqsədilə təklif gəldiyini xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, qazaxların bu təklifini müsbət cavablayan təmsilçimiz ötən gün Almatı şəhərinə yola düşüb.

 

Futzalçılarımız ayın 18-dək Almatıda qalacaqlar və bu müddət ərzində “Kayrat”la iki yoxlama matçı keçirəcəklər.

 


Digər xəbərlər

Xəbər xətti