Kamran Ağayev oynamadı, komandası qələbə qazandı

18:03 15 Fevral 2015

Türkiyə birinci liqasında 20-ci turun oyunları keçirilir. 

 

Sportarena.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Kayserispor" da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor"la qarşılaşıb.

 

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kamran bu görüşü ehtiyat oyunçular sırasından izləyib. Subaşiç isə matçın 80-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, "Kayserispor" turnur cədvəlində 43 xalla 1-ci, "Manisaspor" isə 17 xalla 17-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti