Arif Əsədov: "Xarakter nümayiş etdirən “Neftçi” qələbə qazandı"

22:47 15 Fevral 2015

Premyer Liqanın XXII turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" matçında qonaqlar 3:1 hesabı ilə qələbə qazanıb.

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bunları qeyd edib:

 

"“Bilirdik ki, “Neftçi” iki oyundur məğlub olur. Rəqibin bu matça son şans kimi baxdığını düşünürdüm. “Qəbələ” oyuna çox yaxşı başladı. Amma sonradan komandam oyunu düzgün qiymətləndirdi. Xarakter nümayiş etdirən “Neftçi” qələbə qazandı. Bu gün “Neftçi” yaxşı oyunlarından birini oynadı. Qarşıda daha yaxşı oyunlarımız olacaq. Topa nəzarət oyunun dönüş nöqtələrindən oldu. Rəqibin səhvlərindən yaxşı yararlandıq”.

 


Xəbər xətti