"Barselona" - "Levante" - 5:0 - VİDEO

00:09 16 Fevral 2015

İspaniya La Liqasının 23-cü turunda "Baselona" növbəti böyük hesablı qələbəsini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, ötən tur səfərdə "Athletik"in qapısından 5 top keçirən katalonlar eyni aqibəti "Levante" klubuna yaşadıb "Camp Nou"da 74 mindən artıq azarkeşin izlədiyi oyun Messinin qol şousu ilə yadda qalıb. Argentinalı ulduz son turlardakı məhsuldar oyununu davam etdirərək het-trikə imza atıb. Neymar və Suarez də çempionatda növbəti qollarını vurublar. Beləliklə, "Barcelona" "Real"la xal fərqini yenidən 1-ə endirib. "Levante" isə turnir cədvəlinin autsayderi olaraq qalıb.

 

Barselona 5-0 Levante

Qollar: Neymar (17`), Messi (38`, 59`, pen. 66`), Suarez (73`)

 


Barcelona 5 - 0 Levante - All Goals And... Football--Live


Xəbər xətti