Messi Ronaldoya çatdı

00:59 16 Fevral 2015

İspaniya La Liqasının XXIII turu çərçivəsində “Levante” ilə matç “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, argentinalı futbolçu oyunda het-trik edib.

 

Bununla da o, İspaniya çempionatında 34-cü dəfə 1 qarşılaşmada 3 qola imza atıb. Həmçinin, Messi “Real”ın forvardı Kriştianu Ronaldonun rekordunu da təkrarlayıb.

 

Qeyed edək ki, “Levante”yə 5:0 hesabı ilə qalib gələn “Barsa” ardıcıl 11-ci qələbəsinə sevinib. Kataloniya klubu sonuncu dəfə 2008-ci ildə enyi nəticəyə sahib olub. Həmin zaman komandanı sabiq baş məşqçi Xosep Qvardiola çalışdırdı. “Barselona”nın rekord qələbələr seriyası isə 2005/06 mövsümünə təsadüf edir. İspaniya təmsilçisi Frank Raykardın rəhbərliyi altında ardıcıl 18-ci dəfə meydanda qalibiyyət sevinci yaşayıb.

 


Xəbər xətti