Özilin qəribə vərdişi - FOTO

11:30 16 Fevral 2015

London "Arsenal"ının futbolçusu Mesut Özil keçirdiyi oyunlardan sonra formasını rəqib futbolçulara deyil, məşqçilərə bağışlayır.

Sportarena.az xəbər verir ki, türk əsilli alman yarımmüdafiəçi dünənki "Midlesbro" ilə oyundan sonra da ənənəsinə sadiq qalıb. Mesut matç ərzində tərlətdiyi formanı rəqib komandanın baş məşqçisi Karankaya bağışlayıb. Bu hadisədən sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis:

"Özil formasını mənə bağışladı. Oğlum buna çox sevinəcək", - fikirlərini səsləndirib.

Xatırladaq ki, bundan əvvəl Özil keçmiş çalışdırıcısı Xose Mourinyoya da formasını bağışlamışdı.

 


Digər xəbərlər

Xəbər xətti