Kaxaber Tsxadadze Əfran haqqında nə dedi?

13:52 16 Fevral 2015

"Əfran daha artığına qadirdi. Bu gün öz potensialından qismən istifadə etdi və 2 qol vurdu".Sportarena.az xəbər verir ki, bu sözləri komandasının "Bakı" üzərində 4:0 hesablı qələbəsindən sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib.

Mətbuat konfransında rəsmi debüt matçında dubl edən Əfran İsmayılovun oyununu dəyərləndirən gürcü mütəxəssis əlavə edib: “Onda olan potensial kimdə var ki… Öz üzərində işləməlidi. Bu boyda potensialdan faydalanmamaq sadəcə, cinayətdi! İsmayılovu əvəzləyəndə nəyə qadir olduğunu özünə bir daha xatırlatdım”.


Digər xəbərlər

Xəbər xətti