"Yuventus" və "Sampdoriya" Neto ilə maraqlanır

14:09 16 Fevral 2015

"Sampdoriya" yayda "Fiorentina"nın qolkiperi Neto ilə anlaşmaq niyyətindədir.

Sportarena.az xəbər verir ki, mövsümün sonunda azad agent statusu qazanacaq qapıçı ilə "Yuventus"da maraqlanır.

Turin klubu Buffon üçün potensial əvəzedci kimi 25 yaşlı qapıçının xidmətindən istifadə etmək istəyir.

"Qoca senyora"nın Neto ilə ilkin razılıq əldə etdiyi də deyilir.


Digər xəbərlər

Xəbər xətti