Sabiq "Xəzər Lənkəran"lı Azərbaycanda futbol məktəbi açacaq

15:27 16 Fevral 2015

Futbol üzrə "Qəbələ" klubunun qapıçılar üzrə sabiq məşqçisi Dmitri Kramarenko Azərbaycanda hazırlıq məktəbi açmaq istəyir. 

 

Sportarena.az xəbər  verir ki, D.Kramarenko "Report"a bu barədə bildirib. O, hətta  AFFA ilə danışmağa da hazırdır.

 

Hazırda Moskvada olan D.Kramarenko fevralın axırında Azərbaycana gələcək. Atası Sergey Kramarenkonun adına qapıçılar üçün hazırlıq məktəbi açmaq istəyən 41 yaşlı mütəxəssis Bakıya gəldiyində futbol federasiyası ilə bununla bağlı söhbət edəcək.

 

Qeyd edək ki, futbolçu karyerası ərzində "Neftçi", "Dinamo", "Alaniya", ÇSKA, "Karvan", "Terek", "Xəzər Lənkəran", "İnter", "Simurq" klublarının qapısını qoruyan Dmitri Kramarenkonun məşqçi kimi sonuncu iş yeri "Qəbələ" olub. Yeni baş məşqçi Roman Qriqorçukun gəlişindən sonra o, komandadan ayrılıb.

 


Xəbər xətti