"İş başında" yaxlanan "Beşiktaş"lı futbolçu: "Silin o şəkilləri, yoxsa sizi məhv edərəm"

16:50 16 Fevral 2015

“Beşiktaş”ın ulduz futbolçusu Gökhan Törə sevgililər günü İstanbulda yeni sevgilisi ilə görüntülənib.

 

Sportarena.az xəbər verir ki, Ulus Sunset-ə gedən futbolçu çıxışda təhlükəsizlik xidmətinin əməkdaşlarından “çöldə jurnalistlər varmı?” deyə soruşub. 
 

Heç bir mətbuat nümayəndəsinin olmadığını düşünən futbolçu çıxışda jurnalistlərə rast gəlib. Şəkillərinin çəkildiyini görən Törə qəzəblənib. O, onun şəklini çəkənlərə “silin o şəkilləri, yoxsa sizi məhv edərəm” deyib. Ardınca maşınına minən futbolçu avtomabili ilə bir jurnalistin ayağını da əzib. 

 

Qeyd edək ki, Gökhan  Törənin adı Eliz Sakuçoğlu ilə hallanır. Bildirilir ki, ullduz oyunçunun yeni sevgilisi məhz odur.


Xəbər xətti