İbrahimoviçin bədənindəki 50 ad nəyi ifadə edir? - FOTO

16:57 16 Fevral 2015

Fransanın PSJ klubunun isveçli forvardı Zlatan İbrahimoviç mətbuat konfransı keçirib. 
 

 

Sportarena.az xəbər verir ki, hücumçu jurnalistlərin bədənində olan döymələrin mənası ilə bağlı suallarını da cavablandırıb.  O bildirib ki, həmin döymələrdə aclıqla mübarizə aparan 50 insanın adı var. Özü üçün aclığı fəlakətlərin ən təhlükəlisi sayan isveçli futbolçu bununla mübarizə aparmaq istədiyini də deyib: “Dünya Qida Proqramı” tərəfindən yardım edilən 80 milyon nəfərdən 50-sinin adını keçici olaraq bədənimə döymələrlə yazmışam. Aclığın nə olduğunu yaxşı bilirəm. Uşaqkən mənim də soyuducunu açdıqda heç nə tapa bilmədiyim günlər oldu. Kaş ki, bədənimə 805 milyon nəfərin adını yaza biləydim. Amma o qədər böyük deyiləm”.

 

İbrahimoviç həmçinin həmin adların içərisində Abdullah adının onun üçün xüsusi önəm daşıdığını da sözlərinə əlavə edib: “Abdullah adı mənim üçün çox dəyərlidir”.

 

İsveç mətbuatı Abdullah adının İbranın müsəlman olan babası ilə bağlı ola biləcəyini iddia edib.

 

 


Digər xəbərlər

Xəbər xətti