"Rəvan" rəhbərliyi futbolçularla görüşüb

18:53 16 Fevral 2015

 Bu gün "Rəvan” FK-nın rəhbərliyi ilə əsas komandanın üzvləri arasında görüş baş tutub.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, səhər məşqindən sonra "Bayıl Arena”nın konfrans zalında keçirilən iclasda klubun vitse-prezidenti İlqar Axundov, idman direktoru Fizuli Əliyev, Ramil Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusu, tibbi-texniki heyət və futbolçular iştirak edib.

 

Toplantının məqsədi komandanın qış təlim-məşq toplanışını dəyərləndirmək olub. Vitse-prezident İ.Axundov hazırlıq prosesindən, futbolçuların məşq və yoxlama oyunlarındakı performansından razı qaldığını bildirərək, komanda üzvlərinə I divizionun II dövrəsinin oyunlarında uğurlar arzulayıb və "Rəvan” FK-nın mövsümü qızıl medalla başa vuracağına inandığını ifadə edib.

 

İdman direktoru F.Əliyev toplanışın plana uyğun şəkildə getdiyini, lazımı transferlərin həyata keçirildiyini bildirib və verdikləri dəstəyə görə klub rəhbərliyinə komanda adından minnətdarlığını çatdırıb. Baş məşqçi R.Əliyev isə komandanın II dövrəyə tam hazır olduğunu və qarşıya qoyulan məqsədə çatacaqlarını söyləyib.

 


Digər xəbərlər

Xəbər xətti